Milli Məclis niyə bütün qanun layihələrini ictimai müzakirəyə çıxartmır? - AÇIQLAMA

Milli Məclis niyə bütün qanun layihələrini ictimai müzakirəyə çıxartmır? - AÇIQLAMA

Hazırda oxunan: Milli Məclis niyə bütün qanun layihələrini ictimai müzakirəyə çıxartmır? - AÇIQLAMA

104267

"Milli Məclisin komitə və komissiyaları az qala hər gün açıqlama verirlər ki, hansısa bir qanun layihəsi müzakirə edilib və plenar iclasa tövsiyə edilib". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.  

O, bəzi qanun layihələrini tapmağın çətin məsələ olduğunu qeyd edib: 

"Maraqlıdır ki, bu qanun layihələrinin bəzilərini tapmaq ciddi müşkülə çevrilir. Mövcud normalar tələb edir ki, bu tip layihələr dərhal ictimai müzakirəyə çıxarılmalı və müzakirə üçün də imkanlar yaradılmalıdır. Amma aidiyyəti dövlət qurumu və Milli Məclis bu məsələlərə laqeyd yanaşır. 
Milli Məclisin saytında “Qanun layihələri” bölməsi və ictimai müzakirə imkanı yaradılsa da, diqqət yetirdikdə görmək olar ki, cəmi bir neçə qanun layihəsi müzakirə üçün yerləşdirilib. Müzakirəsi gedən, müzakirəyə təqdim edilən bir çox layihələr isə yoxdur".

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov isə Bizim.Media-ya açıqlamasında hər şeyin qanunla tənzimləndiyini deyib:

“Daha ətraflı sorğunuza yazılı şəkildə məlumat verəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO