Qayınatası tərəfindən tikə-tikə doğranan gəlinin FOTOSU

Qayınatası tərəfindən tikə-tikə doğranan gəlinin FOTOSU

Hazırda oxunan: Qayınatası tərəfindən tikə-tikə doğranan gəlinin FOTOSU

10423

Qayınatası tərəfindən doğranılaraq zibil qutusuna atılan  Məhərrəmova Banı Xudayar qızının fotosu sosial şəbəkələrdə yayılıb.

Bizim.Media xəbər verir ki, qayınatası tərəfindən qətlə yetirilən gəlinin instaqramda toy şəkili yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gəlinini doğrayan şəxs tutuldu - YENİLƏNİB


Qeyd edək ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 5 ədəd torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilmiş tədbirlər nəticəsində zərərçəkmişin qayınatası 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banı Məhərrəmova ilə ailə məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyyəsindən çəkiclə vurub çoxsaylı bıcaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO