“Xaricdə dini təhsil almaq özünü doğrultmur” – RƏSMİ

“Xaricdə dini təhsil almaq özünü doğrultmur” – RƏSMİ

Hazırda oxunan: “Xaricdə dini təhsil almaq özünü doğrultmur” – RƏSMİ

104221

"İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil. Biz bunu müstəqilliyimizin ilk illərindən hiss etməkdəyik".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, buna qarşı da aidiyyəti dövlət orqanları, o cümlədən təhlükəsizlik orqanları tərəfindən həmişə xüsusi tədbirlər keçirilib və bu proses daima diqqət mərkəzində saxlanılır.

"Ümumiyyətlə, təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. Çünki o ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır" - deyə o əlavə edib.

Dövlət Komitəsi sədrinin müavini İran hökumətinə çalışan casus şəbəkələrinin ifşa edilməsinə də münasibət bildirib. O qeyd edib ki, belə fəaliyyətlər həmişə olub.

"Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və ölkəmizə qarşı təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək" - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO