İstanbul terroruna görə tutulan qadından tapança götürüldü - FOTO

İstanbul terroruna görə tutulan qadından tapança götürüldü - FOTO

Hazırda oxunan: İstanbul terroruna görə tutulan qadından tapança götürüldü - FOTO

104219

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda törədilən terror aktı ilə bağlı 46 nəfərin saxlanıldığını bildirib.

Bizim.Media TRT telekanalına istinadən xəbər verir ki, İstanbulda polis isti izlərlə təqibə başlayıb, partlayıcı qurğu olan çantanı İstiqlal küçəsində qoyan qadını saxlayıb.

Küçədə quraşdırılan çoxsaylı müşahidə kameraları sayəsində onun marşrutunu izləmək mümkün olub. Kirayədə qalan qadından tapança və onun üçün patronlar aşkar edilib.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayışa və 6 nəfərin ölümünə görə PKK terrorçuları məsuliyyət daşıyır. Polis bombanı yerləşdirən qadın da daxil olmaqla 46 şübhəlini saxlayıb. 
Süleyman Soylu deyib ki, partlayış əmri Suriyanın şimalında yerləşən Kobani şəhərində verilib: “Bomba yerləşdirən qadın Suriyanın Afrin şəhərindən gəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO