Azərbaycanda gəmi kapitanı məlumatları İrana necə ötürüb? - VİDEO

Azərbaycanda gəmi kapitanı məlumatları İrana necə ötürüb? - VİDEO

Hazırda oxunan: Azərbaycanda gəmi kapitanı məlumatları İrana necə ötürüb? - VİDEO

104182

Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı dövlətə xəyanətdə təqsirləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

DTX: İran xüsusi xidmət orqanlarının casus şəbəkəsi ifşa edildi - VİDEO


O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.

Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO