Tovuzda narkokuryer saxlanıldı - FOTO

Tovuzda narkokuryer saxlanıldı - FOTO

Hazırda oxunan: Tovuzda narkokuryer saxlanıldı - FOTO

104172

Tovuz rayonunda narkotik vasitəni qanunsuz yolla əldə edən kuryer saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən Gəncə sakini yaxalanıb.  

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Elməddin Rzayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb.  
Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO