Samuxda şəhidin xatirəsi anıldı - VİDEO

Samuxda şəhidin xatirəsi anıldı - VİDEO

Hazırda oxunan: Samuxda şəhidin xatirəsi anıldı - VİDEO

104146

Samux rayonunda Vətən müharibəsi qəhrəmanı, şəhid leytenant Elvin Məmmədzadənin xatirəsi anılıb.

Bizim.Media xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib ruhuna duala oxuyublar, əziz xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə həmçinin Elvin Məmmədzadənin döyüş yoluna həsr edilmiş kitabın təqdimatı olub. Kitabda Elvinin müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə zabit kimi strateji əhəmiyyətli yüksəkliklərin düşməndən təmizlənməsində şücaətlər göstərdiyi, döyüş bacarığı və peşəkarlığı qeyd edilib. Kitab şəhidin atasına təqdim edilib.
Tədbirdə çıxış edən şəhidin döyüş yoldaşları da onun döyüşlərdə göstərdiyi şücaət, qəhrəmanlıq nümunələrindən bəhs etdilər.

Elvin Məmmədzadə 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə həlak olaraq şəhidlik zirvəsinə yüksəlib. Samux rayonunda torpağa tapşırılıb.

Şəhid leytenant ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO