Millət vəkilindən “Azərbaycan Dəmir Yolları”na İRAD - ÖZƏL

Millət vəkilindən “Azərbaycan Dəmir Yolları”na İRAD - ÖZƏL

Hazırda oxunan: Millət vəkilindən “Azərbaycan Dəmir Yolları”na İRAD - ÖZƏL

104092

“Bu gün Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında gördüyüm mənzərə çox təəssüfedici bir haldır. Qatarda biznes klass sinifində ayaqyolu işləmirdi. Təsəvvür edirsiniz, yol getdiyiniz 3 saat 45 dəqiqə ərzində başqa ekonom vaqonlara getməli olursan. Orada da çox böyük növbə olur. Qatarda çalışan bələdçilər isə biznes klass vaqonda suyun olmadığını bəhanə gətirirlər.

Hesab edirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC sözü gedən marşruta sərnişinləri cəlb etmək üçün bu kimi hallara qarşı diqqətli olmalıdır”.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna millət vəkili Müşfiq Cəfərov verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Gəncə sərnişin qatarına onlayn bilet SATIŞI DAYANDIRILDI


Onun sözlərinə görə, istər ekonom, istərsə də digər yüksək klass vaqonlarda əhali gediş haqqı üçün müəyyən vəsait ödəyir:

“Onlara lazım olan şəraiti yaratmaq cavabdeh təşkilatın borcudur”.

Millət vəkili qeyd edib ki, bu kimi halların baş verməməsi üçün qatar xəttə buraxılmazdan öncə belə məsələləri həll etməlidirlər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO