Azərbaycan Bayrağı Ordenli şəhidin ailəsində XOŞ GÜN

Azərbaycan Bayrağı Ordenli şəhidin ailəsində XOŞ GÜN

Hazırda oxunan: Azərbaycan Bayrağı Ordenli şəhidin ailəsində XOŞ GÜN

104014

Azərbaycan Bayrağı Ordenli şəhid Aslan Hüseynovun övladının kiçik toy mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 44 günlük Vətən Müharibəsində Tərtər rayonunun Qaradağlı kəndinin Azərbaycan Bayrağı Ordenli şəhidinin övladına kiçik toy mərasimi keçirilib.

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Vətən Müharibəsi qaziləri, veteranlar, şəhidin silahdaşları və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid övladına xeyir-dua verib:

“Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə, onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur”.

Sonra rayon rəhbəri tərəfindən şəhidin övladına hədiyyə təqdim olunub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO