Qubada xəstəxanada olan daha bir şəhid anası ziyarət olundu - FOTO 

Qubada xəstəxanada olan daha bir şəhid anası ziyarət olundu - FOTO 

Hazırda oxunan: Qubada xəstəxanada olan daha bir şəhid anası ziyarət olundu - FOTO 

104010

Bu gün Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və əməkdaşları rayon mərkəzi xəstəxanasında daha bir şəhid anasına baş çəkib.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, İcra Hakimiyyətinin başçısı Qubanın Zərdabi qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi Musa Bəhrəm oğlu Məhəmmədovun anası Rübabə Məhəmmədovanın səhhəti ilə maraqlanıb.

Rayon rəhbəri Vətən Müharibəsində "Cəngavər" döyüş mövqeyi istiqamətində qəhrəmancasına şəhid olan Musa kimi igid oğul yetişdirən anaya bir daha təşəkkür edərək, anaya şəfa və dözümlü olmağı arzu edib.
Qeyd edək ki, Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ötən gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarovanı da Quba rayon mərkəzi xəstəxanasında ziyarət edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO