Rəşad Dağlı İstintaq Təcridxanasına KÖÇÜRÜLDÜ

Rəşad Dağlı İstintaq Təcridxanasına KÖÇÜRÜLDÜ

Hazırda oxunan: Rəşad Dağlı İstintaq Təcridxanasına KÖÇÜRÜLDÜ

103968

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülüb. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, meyxanaçı noyabrın 11-dən təcridxanada saxlanılır. 

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO