Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 93,8 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, onlardan 34,6 min nəfəri işlə təmin edilib.
15,5 min nəfəri isə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində mal və materiallarla təmin edilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.
Qeyd olunan dövrdə 3,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 39,9 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 12.11.2022
94 minədək işsizlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: 94 minədək işsizlə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: 94 minədək işsizlə bağlı RƏSMİ AÇIQLAMA
103944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.