Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi QEYD EDİLİB 

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi QEYD EDİLİB 

Hazırda oxunan: Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi QEYD EDİLİB 

103894

Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan MOK üçün xüsusi olaraq hazırladığı, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında uğurlu çıxışlarına həsr olunan videoçarx nümayiş olunub.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin Milli Olimpiya Komitəsinə təbrik məktubunu oxuyub.

Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos çıxışında Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib.
Müasir quruluşda hazırlanmış Olimpiya Himni təqdim olunduqdan sonra Avropa Olimpiya Komitələrinin prezidenti S.Kapralos rəhbərlik etdiyi qurumun xatirə hədiyyələrini MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və baş katib Azər Əliyevə təqdim edib. MOK rəsmiləri də komitənin xüsusi hədiyyəsini S.Kapralosa veriblər.

Təntənəli yubiley mərasimi möhtəşəm konsert proqramı ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO