Kişilərin arxa vaqona minməməsi təklifinə reaksiya:

Kişilərin arxa vaqona minməməsi təklifinə reaksiya: "Orta əsr zehniyyətidir"

Hazırda oxunan: Kişilərin arxa vaqona minməməsi təklifinə reaksiya: "Orta əsr zehniyyətidir"

103874
"Qadınlarla kişilərin məhrəm-naməhrəm bölgüsü orta əsr zehniyyətinin nəticəsidir".

Bunu Moderator.az-a açıqlamada tanınmış yazıçı Qan Turalı bildirib.

Qan Turalı deyib ki, Azərbaycan Sovet zamanında modernləşmə prosesi ilə bu zehniyyəti dağıdıb: "Qadınlar və kişilər bir yerdə oxuyur, işləyir, səyahət edirdilər. Təsəvvür edin ki, Səudiyyə ancaq indi qadınlara seçki hüququ verdi. Müasir dövrdə inkişafın bu mühüm nailiyyətlərini heç kim bizim əlimizdən ala bilməz. Tarixin geriyə yolu yoxdur. Qadın və kişilər arasında hansısa problemlər ola bilər. Bunların varlığını inkar etmirik. Lakin qadınların və kişilərin ictimai nəqliyyatda ayrı oturdulması problemi həll etməyəcək".

Qeyd edək ki, bəzi şəxslər Facebook sosial şəbəkəsində metroda qatarların son vaqonuna ancaq qadınların minməsi təklifi ilə çıxış edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO