Goranboyda hərbi qulluqçular qəzaya düşüb – Müdafiə Nazirliyi 

Goranboyda hərbi qulluqçular qəzaya düşüb – Müdafiə Nazirliyi 

Hazırda oxunan: Goranboyda hərbi qulluqçular qəzaya düşüb – Müdafiə Nazirliyi 

103841

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.

17.22***

Goranboyda hərbi maşın qəzaya uğrayıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında Xan Qərvənd kəndində baş verib.

Hadisə zamanı bir neçə hərbçinin yaralandığı bildirilir.

O qeyd edib ki, bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çırpılıb:

"Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb. Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO