Rəşad Dağlı məhkəmədən nələri xahiş edib? - ÖZƏL/VİDEO

Rəşad Dağlı məhkəmədən nələri xahiş edib? - ÖZƏL/VİDEO

Hazırda oxunan: Rəşad Dağlı məhkəmədən nələri xahiş edib? - ÖZƏL/VİDEO

103803

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəmədə verdiyi ifadəsinin yeni təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rəşad Dağlı məhkəmədə çıxışı zamanı barəsində həbslə bağlı olmayan cəza seçilməsini xahiş edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlının barəsində həbs qərarı verildi - YENİLƏNİB - VİDEO


O bildirib ki, barəsində ev dustaqlığı, polis nəzarəti altına verilmə və ya başqa yerə getməmək barədə qətimkan tədbiri seçilərsə, istintaqdan yayınmayacaq. 

Müdafiə tərəfi də hazırki şəraitdə həbs qətimkan tədbirinin seçilməsinə hər hansı zərurət olmadığını vurğulayıb. Lakin məhkəmə R.Dağlının xahişini nəzərə almayıb. 

Qeyd edək ki, bu məhkəmə prosesi noyabrın 10-da Qaradağ rayon Məhkəməsində keçirilib. Hakim Teymur Quliyevin sədrliyi ilə baş tutan iclasda Rəşad Dağlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Noyabrın 10-da yayılan ifadədə Rəşad Dağlı bildirib ki, hadisə zamanı qətl törətmək fikrində olmayıb. Onun sözlərinə görə, hadisə vaxtı bıçaq İsgəndər Mehtiyevdə olub və onu öldürməyə cəhd edib. Rəşad Dağlı deyib ki, əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İsgəndər Mehtiyevi qətlə yetirib.

İttihama görə, noyabrın 9-da saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehtiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub. 

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb. Noyabrın 9-da səhər saat 05 radələrində onlar Lökbatan qəsəbəsində görüşüblər. 

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb. 

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.

O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. 

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Eldar Məmmədli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO