“Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq var, bu istiqamətdə iş gedir”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu birgə iclasında
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qeyd edək ki, müzakirələr zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında əsas səbəblərdən biridir.
Z.Oruc qeyd edib ki, əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb.
“Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada toplaşıb. Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur.
Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”, - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:10 / 11.11.2022
Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq verilib – RƏSMİ
Hazırda oxunan: Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq verilib – RƏSMİ
Hazırda oxunan: Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq verilib – RƏSMİ
103800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.