Qaxda 19 yaşlı qız dəm qazından zəhərləndi

Qaxda 19 yaşlı qız dəm qazından zəhərləndi

Hazırda oxunan: Qaxda 19 yaşlı qız dəm qazından zəhərləndi

103789

Qaxda 19 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Bizim.Media-nın yerli yerli bürosunun məlumatına görə, hadisə Qax şəhər Fikrət Əmirov küçəsi, ev 12 ünvanda qeydə alınıb.

19 yaşlı Səmra Məmmədovanın vanna otağında dəm qazından zəhərləndiyini ailə üzvləri vaxtında aşkarlaya bilib.

Yerində ilkin tibbi yardım göstərildikdən sonra Səmra təcili tibbi yardımın köməyi ilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Bizim.Media-ya bildirilib ki, xəstə daxil olarkən vəziyyəti kritik olub. Hazırda reanimasiya şöbəsində müalicə və müayinəsi davam etdirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO