Şəki və Oğuzda şəhidlərin xatirəsi yad edilib - FOTO

Şəki və Oğuzda şəhidlərin xatirəsi yad edilib - FOTO

Hazırda oxunan: Şəki və Oğuzda şəhidlərin xatirəsi yad edilib - FOTO

103777

Qələbədə Şəhid Zəfər Surxayzadənin anım mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, YAP Şəki rayon təşkilatının əməkdaşları, SHXÇDX-nin Şəki rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri ilə birgə Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Zəfər Surxayzadənin Baltalı kəndindəki məzarını ziyarət ediblər.

Sözügedən şəxslər şəhidin əziz xatirəsini ehtiramla yad edib, ailə üzvləri ilə görüşərək onların qayğılarıyla maraqlanıb.

Qeyd edək ki, 5 avqust 2001-ci ildə Şəkidə anadan olan Zəfər Surxayzadə Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib.

O, Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" medalı ilə təltif olunub. Zəfər Surxayzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Həmçinin, Oğuzda şəhid Fərid Lillahov şəhadətə qovuşmasından iki il ötür. 

Oğuz rayonunun Baş Daşağıl kəndində keçirilən anım mərasimində YAP Oğuz rayon təşkilatı əməkdaşları və fəalları, şəhid ailəsinin üzvləri iştirak edib. İştirakçılar şəhidin məzarını ziyarət edib, əziz xatirəsini anıb, ruhuna dualar oxuyublar. 

Azərbaycan Ordusunun baş əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü kimi qatılıb. 

O və yoldaşları ən çətin ərazilərdə döyüşüb, qələbələr qazanıb. Qrmızı Bazar və Daşaltı istiqamətindəki qızğın döyüşlərdən sağ çıxmağı bacaran Fərid Şuşanın azad olunduğu gün şəhid olub.

Fərid Lillahov ölümündən sonra "Şuşanın azad olunması görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub. 

Tural.Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO