Kibertəhlükəsizlik sahəsində yeni tədqiqat mərkəzi YARADILIR – FOTO 

Kibertəhlükəsizlik sahəsində yeni tədqiqat mərkəzi YARADILIR – FOTO 

Hazırda oxunan: Kibertəhlükəsizlik sahəsində yeni tədqiqat mərkəzi YARADILIR – FOTO 

103776

Ötən gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Ümumi Yığıncağının iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclas iştirakçıları tərəfindən iclasın sədri və katibi müəyyənləşdirildikdən sonra iclas gündəliyi üzrə AKTA-nın İdarə heyətinin sədri vəzifəsini icra edən Elvin Balacanov AKTA tərəfindən hazıradək icra olunmuş tədbirlərə dair hesabat, o cümlədən icra olunan cari işlərə dair məlumatları təqdim edib. 

İclas iştirakçıları tərəfindən AKTA-nın əvvəlki dövr üzrə fəaliyyəti, o cümlədən cari fəaliyyəti müsbət qiymətləndirilib və qurumun gələcək fəaliyyəti üzrə təkliflər səsləndirilib. 

Daha sonra Ümumi Yığıncaq iştirakçıları arasında AKTA sədrinin seçilməsi məqsədilə müzakirələr həyata keçirilib. İclas iştirakçıları tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə 31.10.2022-ci il tarixindən İdarə Heyətinin qərarı ilə bu vəzifəni icra edən “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanovun namizədliyi dəstəklənib. Ümumi Yığıncağın iştirakçıları arasında keçirilmiş səsvermə nəticəsində E.Balacanovun AKTA-nın sədri vəzifəsinə seçilməsinə dair yekdil qərar qəbul edilib.

İclas iştirakçıları tərəfindən AKTA-nın gələcək fəaliyyətinin qurulması ilə bağlı ilkin təkliflərin müzakirəsi zamanı gələcəkdə kibertəhlükəsizlik sahəsində spesifik tədqiqatların həyata keçirilməsi və dəstəklənməsi məqsədilə AKTA Tədqiqat Mərkəzinin formalaşdırılmasının əhəmiyyəti qeyd olunub. Tədqiqat mərkəzinin formalaşdırılması üçün zəruri tədbirlərə, eləcə də əsas tədqiqat istiqamətlərinə dair təkliflər səsləndirilib. 
İclas iştirakçıları tərəfindən təklifə münasibət bildirilərək kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış tədqiqat mərkəzinin formalaşdırılmasının ölkənin müvafiq sahədə milli potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olunub. Beləliklə, tədqiqat mərkəzinin formalaşdırılmasının məqsədəuyğun olduğu qənaətinə gəlinib. 

Bununla yanaşı, Ümumi Yığıncağın iclasında milli kadr potensialının gücləndirilməsi məqsədilə kibertəhlükəsizlik üzrə spesifik sahələrdə müvafiq biliklərə məxsus gənclərin, könüllülərin və mütəxəssislərin kiber icmalar vasitəsilə vahid platformada birləşdirilməsinin, habelə gənclərin birgə fəaliyyət göstərə bilməsi üçün zəruri resurslarla təmin olunması istiqamətində tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, AKTA Könüllülük proqramlarının təsis olunması, kibertəhlükəsizlik sahəsində könüllülük fəaliyyətinin və təşəbbüslərin dəstəklənməsi istiqamətində təkliflər iclas iştirakçıları tərəfindən dəstəklənib. 

Kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığı, eləcə də ölkənin müvafiq qanunvericiliyinin tətbiqi ilə əlaqədar yaxın gələcəkdə ixtisaslaşmış kadrlara olan ehtiyacın sürətlə artacağı nəzərə alınaraq, Ümumi Yığıncaq iştirakçıları tərəfindən həmçinin AKTA-nın kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış təlim və tədris mərkəzinin də formalaşdırılmasının ölkənin milli kadr bazasının zənginləşdirilməsinə xidmət edəcəyi ilə bağlı fikirlər səsləndirilib. 

Beləliklə, bu istiqamətdə də tədbirlərin həyata keçirilməsi üçün ilkin təkliflər diqqətə çatdırılıb. 

Ümumi Yığıncağın iclasında Assosiasiyanın üzvü qismində təmsil olunan “Cyberpoint”, “AzeRobot”, “Simbrella”, “Eurodesign CSC”, “CaspianTech”, “A2Z Technologies”, “Digitalks Technologies”, “PNetworks”, eləcə də, “Nova Digital Solutions”, Azərbaycan Texniki Universiteti, “AzInTelecom MMC”, “Digital Umbrella”, “Code MMC”, “Karmasis”, “Defscope”, Azərbaycan Kibertəhlükəsizlik Platforması, “Rabalon”, “Gpolicy”, “Palo Alto Networks”, “B&B Security Alliance” kimi yerli və xarici subyektlərin rəhbər vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO