Şəhidlərin xatirəsinə abidə-kompleks istifadəyə verilib - FOTO

Şəhidlərin xatirəsinə abidə-kompleks istifadəyə verilib - FOTO

Hazırda oxunan: Şəhidlərin xatirəsinə abidə-kompleks istifadəyə verilib - FOTO

103765

Şəki rayonunun Baş Zəyzid kəndində Qarabağ şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılış mərasimi olub. 

Bu yaşayış məntəqəsi Vətən Müharibəsindən sonra hamının “qumbara Tərlan” kimi tanıdığımız qazi Tərlan Həsənovun doğulub boya-başa çatdığı kənd kimi də tanınır. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, millət vəkili,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirən, rəşadətlə döyüşərək şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Abidə-kompleksin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəkili döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibələrində qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vurğulanıb ki, məhz onların döyüş əzmi və Ali Baş Komandanın qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Abidə-kompleksdə əsaslı bərpa-tikinti işlərini Baş Zəyzid bələdiyyəsi həyata keçirib.

Bələdiyyə sədri Məmməd Abdullayevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata əsasən, bərpa işlərinə ötən ildən başlanııb. Burada 500 kvadratmetr ərazidə əsaslı tiknti işləri aparılıb, tamet döşənib, 10 şəhidin qəbirüstü abidəsi yenidən qurulub, işıqlandırma sistemi yaradılıb.

Mərasim iştirakçıları abidə kompleksin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərin xatirəsini ehtiramla anıblar.

Tural Rasim oğlu, Bizim.Media. Şimal-Qərb bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO