Gəncədə DƏHŞƏT: Kişi arvadının gözlərini çıxardı, sonra özünü öldürdü

Gəncədə DƏHŞƏT: Kişi arvadının gözlərini çıxardı, sonra özünü öldürdü

Hazırda oxunan: Gəncədə DƏHŞƏT: Kişi arvadının gözlərini çıxardı, sonra özünü öldürdü

103736

Gəncədə dəhşətli ailə dramı baş verib. 57 yaşlı kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində baş verib. 

Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib. 

1965-ci il təvəllüdlü Səttar Cəlilov axşam saatlarında həyat yoldaşı - 1982-ci il təvəllüdlü H.Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. 

Bu cinayəti törətdikdən sonra o, ardınca özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar edib. 

Bildirildiyinə görə, hadisə baş verən zaman onların azyaşlı qız övladları evdə olub. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO