Rəşad Dağlının barəsində həbs qərarı verildi - YENİLƏNİB - VİDEO

Rəşad Dağlının barəsində həbs qərarı verildi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Rəşad Dağlının barəsində həbs qərarı verildi - YENİLƏNİB - VİDEO

103689

Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Qaradağ rayon məhkəməsinində hakim Teymur Qurbanovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatı təqdim olunub.

Rəşad Dağlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

*** 19.58

Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) məhkəməyə gətirilib.  

Bizim.Media xəbər verir ki, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının təqdimatı Qaradağ rayon Məhkəməsinə təqdim olunub. 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı prokurorluğa belə gətirildi - VİDEO


Hazırda onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə prosesi keçirilir. Proses hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilir. 

İttihama görə, noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının ünvanına söyüş söyməsi səbəb olub. 

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və noyabrın 9-da, səhər saat 05 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər. 
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb. 

Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb. İsgəndər Mehdiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib. 

Qeyd edək ki, Rəşad Əmirov cinayət əməlini törətdikdən sonra könüllü təslim olub. 

Eldar Məmmədli, Bizim.Media
 


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO