Tərtərdə Şəhid İsaxlı Anarın ailəsi ziyarət edilib - FOTO 

Tərtərdə Şəhid İsaxlı Anarın ailəsi ziyarət edilib - FOTO 

Hazırda oxunan: Tərtərdə Şəhid İsaxlı Anarın ailəsi ziyarət edilib - FOTO 

103681

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri ilə birlikdə rayonun Cəmilli kənd şəhidi Anar Rəsul oğlu İsaxlının ailəsini ziyarət edib, onların problem və qayğıları ilə maraqlanıblar.   

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, görüşdə icra başçısı 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, şəhidlərin ömür yolunun gənclərə örnək olduğunu bildirib. 

Həmçinin ölkə rəhbərinin şəhid ailələrinə və qazilərə göstərdiyi xüsusi diqqətdən geniş söhbət açılıb.  

Şəhidin ailəsi dövlətin onlara göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Xatırladaq ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qullluqçusu İsaxlı Anar Rəsul oğlu 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, müharibədə yaralandığı üçün qısa müddətli məzuniyyətə göndərilib.  

Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub və doğulduğu Tərtər rayon Cəmilli kənd qəbristanlığında dəfn edilib.  
44 günlük Vətən müharibəsində aparılan hərbi əməliyyatlar zamanı göstərdiyi igidliyə görə Anar Rəsul oğlu İsaxlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO