Sağlamlıq haqqında arayışın qiyməti QALXDI - FOTOFAKT

Sağlamlıq haqqında arayışın qiyməti QALXDI - FOTOFAKT

Hazırda oxunan: Sağlamlıq haqqında arayışın qiyməti QALXDI - FOTOFAKT

103671

5 nömrəli Şəhər Klinik Xəstəxanasında sağlamlıq üzrə verilən arayışların qiyməti artıb. Əvvəl bu arayış 30 manata verilirdisə, indi 40 manata artırılıb.

Bizim.Media-ya bu barədə tanınmış vəkil Səbuhi Axundov şikayətlənib. Onun sözlərinə görə əməkhaqqıdan tutmalara xidmət pulsuzdursa, bu xidmətə dair arayışın pullu olması absurddur:

“İcbari Tibbi sığorta üçün tutulan pullardan sonra niyə 40 manat ödəməliyəm? İkincisi, nə əsasla arayışın qiyməti 40 manata qalxıb?  Vətəndaşdan pul nəyə görə alınır? Kağız puludur ya kartric? Adı arayışın pullu olması təəssüf doğurur. Sanki qurumlar publik hüquqi şəxs statusu alan kimi biznes mərkəzinə çevrilir”, - deyə vəkil gileylənib. 
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova Bizim.Media-ya bildirib ki, İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərin vahid tarifləri müəyyən olunub:

“Həmin xidmətlərin tarifləri də açıqlanıb. Bu baxımdan qeyd etdiyiniz məsələ ilə bağlı qanunazidd hal yoxdur”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə yalnız 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir.

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış 15 manat (ƏDV daxil) təşkil edir. 

Obliqat qruplara (müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar) aid vətəndaşlara arayışlar ödənişsizdir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO