Hərbi İdarəetmə İnstitunda NATO-nun təlim kursu keçirilir - FOTO

Hərbi İdarəetmə İnstitunda NATO-nun təlim kursu keçirilir - FOTO

Hazırda oxunan: Hərbi İdarəetmə İnstitunda NATO-nun təlim kursu keçirilir - FOTO

103666

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO