Rüşvət almaqda ittiham olunan sabiq icra başçısının MƏHKƏMƏSİ BAŞLADI 

Rüşvət almaqda ittiham olunan sabiq icra başçısının MƏHKƏMƏSİ BAŞLADI 

Hazırda oxunan: Rüşvət almaqda ittiham olunan sabiq icra başçısının MƏHKƏMƏSİ BAŞLADI 

103657

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin icraatında baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə sabiq icra başçısı barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Bundan başqa, Alimpaşa Məmmədovun  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin təcridxanasına köçürüldüyü məlum olub.
Məhkəmə baxışı noyabrın 24-ə təyin olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirin sabiq icra başçısının MƏHKƏMƏSİ BAŞLAYIR


Məhkəmənin hazırlıq iclası isə noyabrın 10-a təyin olunub.

Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO