Psixoloqların əlyandıran QİYMƏTLƏRİ – Azərbaycanın ən bahalısı kimdir?

Psixoloqların əlyandıran QİYMƏTLƏRİ – Azərbaycanın ən bahalısı kimdir?

Hazırda oxunan: Psixoloqların əlyandıran QİYMƏTLƏRİ – Azərbaycanın ən bahalısı kimdir?

103636

Son illər psixoloqa üz tutanların sayı kəskin artıb. Bəlkə də elə buna görə paytaxtımızda və digər mərkəzi şəhərlərdə hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik.

Bu məsələnin pis tərəfi isə odur ki, özünə “psixoloq” deyənlərin də sayı durmadan artır. Bu tendensiya da istər-istəməz belə bir fikir formalaşdırır ki, bu sahə kimlər üçünsə daha çox biznes şəbəkəsidir.
Azərbaycandakı psixoloqların qəbul qiymətləri də bunu sübut edir. Məsələn, psixoloji yardımların qiyməti 40-50 manatdan başlayır, 300-400 manatda bitir. Bəziləri bir seans üçün 80-100 manat alır. Hətta bir seansa 400 manat alan psixoloqlar da var.

Bizim.Media oxucu marağını nəzərə alıb tanınmış bir sıra psixoloqların qəbul qiymətlərini öyrənib.

Həmin qiymətlərlə tanış olun:

1. Samirə Bağırova. Onun 1 seansının qiyməti 100 manatdır.

2. Narınc Rüstəmova. Onun 1 seansı 80 manatdır.

3. Vəfa Əkbər. Onun 1 seansı 50 manatdır.

4. Elnur Rüstəmov. Onun 1 seansı 50 manatdır.

5. Gülnarə Muxtarova. Onun 1 seansı 40 manatdır.

6. Elmir Əkbər. Onun qəbulunun 45 dəqiqəsi 70 AZN-dir.

7. Gülnar Orucova. Onun bir saatlıq seansının qiyməti 45 manatdır.

8. Gülnarə Murtuzova. Onun bir seansı 40 manatdır.

Göründüyü kimi qiymətlər heç də hamı üçün əl çatan deyil. Nəzərə alaq ki, psixoloji yardım almaq istəyən şəxs ən azı 4-5 seansa gəlməlidir.
Bu minvalla həmin şəxs ən azı 200 manatından keçməlidir. “Bərk gedən” psixoloqdan yardım almaq istəyənlərsə ən azı 500 manat hazırlamalıdır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO