Masazır icra nümayəndəsi KÖMƏK İSTƏDİ: “Aciz qalmışıq”

Masazır icra nümayəndəsi KÖMƏK İSTƏDİ: “Aciz qalmışıq”

Hazırda oxunan: Masazır icra nümayəndəsi KÖMƏK İSTƏDİ: “Aciz qalmışıq”

103620

Sahibsiz itlərin sayı durmadan artır. İndi paytaxtda və ətraf ərazilərdə sahibsiz itlərə addımbaşı rast gəlinir. Təsadüfi deyil ki, Bakıda son 3 ayda Kliniki Tibbi Mərkəzə it dişləməsindən 321 nəfər müraciət edib. Bu isə kifayət qədər böyük rəqəmdir.

Bu günlərdə Abşeron rayonunun Masazır kəndinin sakinləri də Bizim.Media-ya müraciət edib.

Sakinlər son vaxtlar kənddə sahibsiz itlərin sürətlə artmasından şikayətləniblər.

Məsələ ilə bağlı Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şahlar Həsənovla əlaqə saxladıq. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, məsələ ciddi xarakter daşıyır:

“Bütün küçələrdə sahibsiz itlər dolaşır. Hətta bu səhər işə gələrkən mənim də qarşıma bir sürü it çıxdı. Amma onlara qarşı mübarizədə acizik. Çünki, sahibsiz itlərin öldürülməsi qadağan edilib. Əvvəllər belə hallara qarşı özümüz müəyyən profilaktik iş apara bilirdik. Amma, indi bizdə belə bir səlahiyyət yoxdur.

Ümumiyyətlə, sahibsiz itlərlə mübarizə aparacaq hansısa qurum mövcud deyil. Ona görə də sakinlər haqlı şikayət edirlər. Xüsusən uşaqlar üçün bu itlər xüsusi təhlükə törədir. Amma neyniyə bilərik?!”
Şahlar Həsənov onu da bildirdi ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Qobu qəsəbəsinin ərazisində xüsusi yer ayrılıb:

“Hazırda həmin ərazidə sahibsiz itlərin saxlanması və quduzluğa qarşı peyvənd edilməsi üçün müvafiq işlər görülür. Ümid edirik ki, həmin obyekt istifadəyə verildikdən sonra sahibsiz itlərlə bağlı qayğılarımız bir qədər azalacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO