H.Hacıyev: “Səddam Hüseynin istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib”

H.Hacıyev: “Səddam Hüseynin istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib”

Hazırda oxunan: H.Hacıyev: “Səddam Hüseynin istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib”

1036

“Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. 

“Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO