Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanıldı – FOTO

Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanıldı – FOTO

Hazırda oxunan: Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanıldı – FOTO

103586

Şəmkir rayonunda silsilə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa Rəhimov həbs olunub.

Bizim.Media-nın yerli bürosunun DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi  məlumata görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3 mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, kompyuter, mobil telefon və tütün məmulatlarını oğurlayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO