Zaqatalada QƏZA -  Avtomobil körpüdən aşdı

Zaqatalada QƏZA -  Avtomobil körpüdən aşdı

Hazırda oxunan: Zaqatalada QƏZA -  Avtomobil körpüdən aşdı

103528

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, nəqliyyat vasitəsi sürət həddini aşaraq idarəetmədən çıxıb və çayın üzərindəki körpüdən yolun kənarına düşüb.  

Qəza zamanı minik avtomobilinin sərnişini Tərtər rayon sakini 30 yaşlı Tehran Zülfüqarlı bədənin müxtəlif hissələrindən xəsarət alıb.  

Tehran Zülfüqarlıya hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra müalicə və müayinəsinin davam etdirilməsi üçün Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma başlanılıb. Hadisənin səbəbləri ilkin araşdırmalardan sonra bəlli olacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO