Misirli oğlanın QARABAĞ hekayəsi – “Qardaşımın şəhid olduğu torpaqları görmək arzum var” - FOTO

Misirli oğlanın QARABAĞ hekayəsi – “Qardaşımın şəhid olduğu torpaqları görmək arzum var” - FOTO

Hazırda oxunan: Misirli oğlanın QARABAĞ hekayəsi – “Qardaşımın şəhid olduğu torpaqları görmək arzum var” - FOTO

103483

Müharibə, onun ədalətsiz qanunları bəzən bir çox arzuları yarımçıq qoymaq bahasına yeni sevinclər gətirir. 

QƏLƏBƏ SEVİNCİ... Bu məhvumun heç bir ölçü meyyarı yoxdur. O qədər qürurlu və əzəmətlidir ki, onu əldə etmək üçün analar balalarını, balalar isə öz canını verir. Ancaq onun fonunda yaşanan həyat hekayələrini cümlələrlə ifadə edib sətirlərə düzmək olmur.

Qəhrəmanımız kimi... 

Şəkildə gördüyünüz bu qıvırçıq saçlı qarayanız gəncin adı Ömərdir. Amansız müharibə bir çox yeniyetmələr kimi Ömərin də həyatında qasırğalar yaradıb. Nə qədər qürurlu görünsə də, göründüyü qədər nisgil, kədər yaşayır ürəyində. Onun qardaşı Xalidin məzarı Ağdamın Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanındadır. Hər gün, bəzən isə günaşrı Ömər bura gəlir, qardaşının və onun şəhid silahdaşlarının ruhuna ehtiram ifadə edib, xəyylarında bir az keçmişə qayıdır. Həmin xəyallardakı görüş Vətən müharibəsində bitib, hər şeyi yarımçıq qoyur. Əslində müharibə ondan öncə də Ömərin ailəsinə ağır zərbələr vurub. 

Həsən Ömər Mahmud oğlu Qazaxıstanda doğulub. Atası Misir anası isə Azərbaycan vətəndaşıdır.

O, ailənin evliliyindən dünyaya gələn ikinci və sonuncu övladdır. Onun azərbaycanlı valideyni Ermənistan silahlı qüvvələrinin işğalı səbəbindən Ağdam rayonundan məcburi köç ediblər. Uzun illər köçgün düşərgələrində həyat mübarizəsi aparıblar.

Hələ Qarabağ müharibəsinin birinci fazasında nənə Şamama Quliyeva silaha sarılaraq kəndin döyüşən kişiləri ilə çiyin-çiyinə səngərdə xidmət aparıb, bir çox döyüş əməliyyatlarında iştirak edib.

Qadın illər sonra mətbuata verdiyi müsahibələrdən birində bunu əri dünyasın dəyişdiyi üçün etdiyini bildirib: 

"Döyüşlər başlayanda torpaqların müdafiəsinə qalxmaq lazımıydı. Kənddə hər evdən bir kişi çıxdı. Həyat yoldaşım vəfat etdiyi, əli silah tutacaq qədər böyük övladım olmadığı üçün döyüşə özüm qatılacam qərarı verdim".

İşğal səbəbi uzun illər Ömərin nənəsini yurd həsrəti ilə yaşadır. Çəkdiyi iztirablara rəğmən bir gün doğma Saybalı kəndinə dönəcəyinə inanıb. Üstəlik nəvəsi Xalidin dizləri bərkiyib həyatı dərk etdikdən sonra "Nənə, mütləq səni Saybalıya aparacam", deməsi ümidləri biraz da artırıb. 
Belə də olur, Xalid və onun kimi igid mübarizələrin qanı, canı bahasına işğalda olan torpaqlar azad edilir. İndi ailənin bir arzusu var, doğma kəndə dönüb orada yaşamaq, yaşlanmaq...

Ömərin qardaşı Hassan Xalid Mahmud oğlu 1995-ci ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşüb. Xidmətini düşmənlə üzbəüz mövqelərdə keçib.
Xidməti başa vurduqdan sonra ailəsinin biznesi ilə məşğul olur. 2016-cı il aprel döyüşləri zamanı ön cəbhəyə atılıb döyüşən əsgərlərə dəstək olur. Vətən müharibəsində isə könüllü əsgər kimi ordu sıralarına qatılıb, əlahiddə kəşfiyyat taburunun tərkibində döyüş əməliyyatlarında yer alır. Silahdaşları onu qorxusuz, cəsur və intizamlı olduğunu deyir. Xalidin sonuncu döyüşü isə Suqovuşan istiqamətində baş tutur. Həmin döyüşlər zamanı tapşırığı tam yerinə yetirən qruplar Xalidi və bir neçə digər silahdaşlarını şəhid verir...

Bu döyüş 2020-ci ilin 4 noyabrında baş verir. Cəbhənin dərinliyində, düşmən arxasında şəhid olan Hassan Xalid və digər silahdaşları çətinliklə də olsa ərazidən çıxarılır. Qeyd etdiyimiz kimi onun nəəşi Quzanlı qəsəbəsində - Ağdamın yeni, üçüncü Şəhidlər xiyabanında dəfn edilib.

Sözardına çıxıb onu da qeyd edək ki, Ağdamın digər iki şəhidlər xiyabanı düşmən işğalına məruz qalıb və tamamı ilə dağıdılıb. 

Əslində hər şey onun şəhid olmasıyla məhdudlaşmayıb. Ön cəbhədə vuruşan Xalidin nənəsi və anası sözün əsl mənasında arxa cəbhə yaradıb, yaşadıqları qəsəbə artilleriya atəşi altında olmasına rəğmən səngərdə döyüşən əsgərlərə isti yeməklər, dərman preparatları və lazım olan digər ləvazimatlar çatdırırlar. Necə deyərlər heç bu da son olacaq olmur. Belə ki, ailənin yaşadığı ev mərmi atəşinə məruz qalır. Evin həyətində olan Şamama Quliyeva, Maya Quliyeva və jurnalist Anar Şuşalı müxtəlif nahiyələrdən qəlpə yaraları alırlar.

Onlar xəstəxanaya catdirilsalar da ilkin yardımdan sonra xəstəxana şəraitində müalicə edilməkdən imtina edib öz işlərinə davam edirlər. Taa zəfər gününə qədər... Ağdam cəbhəsində döyüşən bölmələrin müəyyən təminatlarına yaxından köməklik edib, ailəliklə Azərbaycanın qazandığı tarixi zəfərdə pay sahibi olurlar. 
Bax budur qəhrəmanımız Ömərin həyat hekayəsi...  amansız müharibənin ədalətsiz qanunları ona bütün bu sadalananları yaşadıb. İndi qürurla, məğrurca kamera qarşısına keçən yeniyetmənin bir arzusu var, təhsil alıb ona Şəhid qardaşından əmanət qalan Vətəni özündən sonrakı nəslə daha hürr, daha rəvan təhvil verməkdir. Ömər həm də Azərbaycan torpaqlarında müharibənin olmasını pisləyir. Ona görə yox, qəhrəmanımız savaşdan qorxur, ona görə şəhid qardaşı Xalidin yeganə əmanəti olan kiçik Məryəm əmin-amanlıq sülh və bütöv Azərbaycan sərhədlərinin içərisində yaşasın... 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO