Nəhayət, uzun axtarış və intizardan sonra Sumqayıtdakı marşrut dayanacaqlarına cavabdeh qurum üzə çıxdı. Bu gün gördüyümüz mənzərə və şahidi olduğumuz iş bizi xeyli sevindirdi. Moderator.az-ın müdaxiləsindən sonra dayanacaqlarda təmizləmə işlərinə başlanıb. Sən demə, bizim şikayətimiz elə bu işə cavabdeh olan qurumun özündən özünə imiş. Belə ki, dayanacaqların təmiz saxlanmasına və mühafizəsinə şəhər İcra Hakimiyyətinin İnformasiya və Reklam departamenti nəzarət edirmiş. Elə iş başında görüşdüyümüz sözügedən departamentin təsərrüfat müdiri Bəhruz Tamiyev bildirdi ki, dayanacaqların divarlarına və rekam dirəklərinə yapışdırıan elan və məlumatların təmizlənməsinə başlamışıq və tez bir zamanda şəhərimizin estetik görünüşünə xələl gətirən bu mənzərənin aradan qaldırılmasına çalışacağıq.
Dəyərli oxucularımızın marağını nəzərə alıb bir müddət öncə Sumqayıtdakı marşrut dayanacaqlarının acınacaqlı durumu ilə balğlı moderator.az-da gedən materialı bugünkü yazımıza əlavə edirik.
Həmin yazını burdan oxuya bilərsiniz:
***
Müsəlmanın işi belə olar: ağacı əkirik su verməyi unuduruq, ev tikirik kanalizasiya sistemini düşünmürük, yol çəkirik zəruri olan nişanların yerləşdirilməsini nəzərə almırıq. Və dayanacaq tikirik...Küllü miqdarda dövlət vəsaiti xərclənib paytaxtda və bölgələrimizin əksəriyyətində müasir görkəmdə marşrut dayanacaqları tikildi. Ancaq həmin dayanacaqların nəzarətsiz qalması, mühafizə olunmaması bu gün çox acınacaqlı vəziyyətə gətirib çıxarıb. Konkret olaraq, ən böyük şəhərlərimizdən biri olan Sumqayıtda marşrut dayanacaqlarının hazırki durumu çox bərbaddır. Həmin dayanacaqların hamısı sanki böyük bir zibil qutusunu, reklam lövhəsini xatırladır. Dayanacaqların içi-çölü zibillxanaya çevrilmiş, divarları isə yapışdırılan kağız-kuğuzla “bəzədilmişdir”x9d. Sözügedən dayanacaqların divarlarında masajçı, kisəçi reklamından tutmuş, iş axtaranın və ev satanın elanına qədər hər növ məlumat var. Bu geniş “funksiyalı”x9d dayanacaqlar, göründüyü kimi, şəhər sakinlərinə həm də “elan, reklam”x9d “xidməti”x9d göstərir. Bu “rəngarəng”x9d dayanacaqlar demək olar ki, şəhərin bütün küçə və prospektlərini “bəzəyir”x9d. Bu işdə təbii ki, şəhər sakinlərinin, dayanacaqları zibil qutusuna, reklam lövhəsinə çevirən insanlarımızın da günahı çoxdur. Ancaq cavabdeh kəslər bu biabırçı duruma belə biganə qalmamalıydılar. Çünki uzunmüddətli müşahidələrimiz göstərdi ki, bu dayanacaqlara heç vaxt nəzarər edilmir, bu acınacaqlı vəziyyəti nəzərə alan yoxdur. İnanırıq ki, şəhərimizin gözəlliyinə, təmizliyinə xələl gətirən bu neqativ hal tezliklə aradan qaldırılacaq. Başı “vacib məsələlərə”x9d qarışan aidiyyatı təşkilatlar qəflət yuxusundan ayılacaq. Nəhayət həmin dayanacaqlarda dayanıb elan və reklamları oxumaq yox, təmizləmək qərarına gələcəklər. Onu da qeyd edək ki, marşrut dayanacaqları Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin tabeçiliyindədir. Bu gün regional şöbədə olan əməkdaşımız, dayanacaqlara səhlənkar yanaşılsa da, sözügedən idarənin mühafizəsinin çox güclü təşkil edildiyinin şahidi olub. Sərəncamında mühafizə polisi saxlayan şöbə rəisi Anar Səfərlinin kimdən və nədən qorunduğu bizə müəmmalıdır.
Aşağıda Sumqayıtın müxtəlif küçə və prospektlərində yerləşən dayanacaqlarının çəkilmiş şəkillərini moderator.az -ın oxucularına təqdim edirik.
Namiq






























































































