Rəşad Dağlını neçə illik həbs gözləyir?

Rəşad Dağlını neçə illik həbs gözləyir?

Hazırda oxunan: Rəşad Dağlını neçə illik həbs gözləyir?

103464

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib. O, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi bıçaqlayaraq öldürüb. 

Bəs, məşhur meyxanaçını nə qədər həbs cəzası gözləyir? 

Bizim.Media xəbər verir ki, bununla bağlı sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Rəşad Dağlının törətdiyi və qanuna zidd əməl toplanılmış sübutlarla və yekun nəticədə məhkəmənin ittiham hökmü ilə öz təsdiqini taparsa, bu əməli şəxsiyyət, həyat və sağlamlıq əleyhinə olan qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı kimi öldürüb? - DETALLAR


"Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə-doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilkdikdə- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır". 

Qeyd edək ki, Qaradağ Rayon Prokurorluğunun məlumatına görə, Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO