Azərbaycan bayrağı hansı ölkələrdə DALĞALANIR? – ARAŞDIRMA 

Azərbaycan bayrağı hansı ölkələrdə DALĞALANIR? – ARAŞDIRMA 

Hazırda oxunan: Azərbaycan bayrağı hansı ölkələrdə DALĞALANIR? – ARAŞDIRMA 

103430

Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bayraq bayramı Azərbaycanda 2009-cu ildən etibarən qeyd edilsə də - 5 fevral 1991-ci ildə Azərbaycan parlamenti tərəfindən dövlət bayrağı olaraq təsdiqlənib.

Əslində bu təntənəli günün tarixi daha keçmişə – 104 il əvvələ uzanır. Yəni 1918-ci il 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyətində dövlət bayrağı qəbul edilib və həmin tarix bu gün Azərbaycan xalqı tərəfindən bayraq günü kimi qeyd olunmaqdadır.   

Dövlət bayrağı hər bir ölkəni dünyada tanıdan ən əlamətdar simvollardan biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür - VİDEO


Azərbaycan bayrağı hazırda ölkəmizlə diplomatik əlaqələri olan bütün dövlətlərdə dalğalanır. Hətta bəzi əlamətdar günlərdə Azərbaycan bayrağını əksər ölkələrin körpülərində, meydan və tikililər üzərində işıqlandırıldığını da görmək mümkündür. 

Bizim.Media-nın araşdırmasına görə Azərbaycan bayrağı Avropanın 32, Asiyanın 22, Afrikanın 7 ölkəsində, eləcə də Avstraliya və ABŞ-da daxil olmaqla, ümumilikdə 71 ölkədə dalğalanır. 

Ayrıca 28 May Respublika günü münasibətilə Azərbaycan bayrağı qardaş ölkə Türkiyədə 15 İyul Şəhidləri, Fatih Sultan Məhmət və Yavuz Sultan Səlim körpüləri, həmçinin Galata qalasında, Gürcüstanın paytaxtı Tbilisidəki Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki Sülh körpüsü üzərində, Estoniyanın paytaxtı Tallindəki Azadlıq meydanında, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən, dünyanın ən hündür tikilisi olan “Bürc Xəlifə” binasında işıqlandırılır. 

Qeyd edək ki, bu il artıq ikinci dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.
 

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb.


Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Alçina Amilqızı, Bizim.Media 



QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.9. azərbaycançılıq ideyasının təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO