Qubada

Qubada "Zəfər" atəşfəşanlığı keçirildi – FOTO/VİDEO 

Hazırda oxunan: Qubada "Zəfər" atəşfəşanlığı keçirildi – FOTO/VİDEO 

103375

Özünəməxsus vətənpərvərlik tədbirləri ilə seçilən Qubada "Zəfər"bayramı təntənə ilə qeyd edilib.  

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, əvvəlcə Quba Şəhidlər xiyabanı ziyarət olunub.

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, DTX-nin rayon şöbəsinin rəisi, yerli YAP sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər , hərbçilər, ictimaiyyət nümayəndələri şəhid məzarlarını ehtiramla yad edib, məzarlara tər güllər düzülüb, abidə önünə əklil qoyublar. 

Zəfər tədbiri Bəşir Səfəroğlu adına Quba mədəniyyət mərkəzində baş tutub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. 

B.Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin Zəfər günü ilə bağlı hazırladığı film nümayiş olunub.  

Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında işğal olunmuş Qarabağ rayonlarının geri alınması istiqamətində gedən Vətən savaşında xalqımızın Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğu və uzaqgörən siyasəti nəticəsində qazanılan tarixi qələbədən söz açıb:

"Müzəffər Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrunda irəli atılan oğulları tarixi Zəfəri qazandılar, bəziləri şəhid olsalar da, Azərbaycan xalqına illərdir gözlədiyimiz qələbəni bəxş etdilər”. 

Rayon rəhbəri Vətən Müharibəsində qubalı hərbçilərin də qanları bahasına tarixi qələbəyə töhfə qatdıqlarını deyib və hər birini hörmətlə yad edib.  

Sonra Quba və Bakının tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti olub.  

Tədbir Dədə Qorqud adına Quba meydanında möhtəşəm Zəfər atəşfəşanlığı ilə başa çatıb.  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO