Polis Goranboyda əməliyyat keçirdi – Saxlanılanlar var

Polis Goranboyda əməliyyat keçirdi – Saxlanılanlar var

Hazırda oxunan: Polis Goranboyda əməliyyat keçirdi – Saxlanılanlar var

103295

Goranboy Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Ağdam rayon sakini Röyal Məmmədov Goranboy rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Bizim.Media-nın yerli bürosu DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupuna istinadən məlumat verir ki, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Pərviz adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Pərviz Məmmədov da saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman 1 ədəd sellofan torbada çəkisi 850 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO