Azərbaycanın turizm imkanlarının təbliğ olunması məqsədilə Azərbaycan Turizm Bürosu 7-9 noyabrda Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (WTM London) iştirak edir.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, sərgidə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, həmçinin hotel qrupları və turizm şirkətləri daxil olmaqla ümumilikdə 19 nümayəndə təmsil edir.
Sərgi çərçivəsində Azərbaycanın fərqli turizm məhsulları, xüsusilə milli mətbəx və şərabçılıq, haykinq, qış turizmi və mədəni marşrutları özündə əks etdirən məhsullar nümayiş olunur.
Bununla yanaşı, Azərbaycan Turizm Bürosu tərəfindən cari il ərzində sıx əməkdaşlıq edilmiş tərəfdaşlar, o cümlədən media nümayəndələri ilə görüşlər və müsahibələr təşkil edilir.
Dünya Səyahət Bazarı sərgisi 1980-ci ildən etibarən hər il keçirilir və dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir. Bu il sərgiyə yüzdən çox ölkədən 3 min sərgiçinin və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən sözügedən sərgidə iştirak edir. Azərbaycan sonuncu dəfə 2019-cu ildə fikizi olaraq Dünya Səyahət Bazarı sərgisində iştirak edib və son iki sərgi pandemiya səbəbindən onlayn şəkildə baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:27 / 08.11.2022
Azərbaycan "Dünya Səyahət Bazarı-2022” sərgisində - FOTO
Hazırda oxunan: Azərbaycan "Dünya Səyahət Bazarı-2022” sərgisində - FOTO
Hazırda oxunan: Azərbaycan "Dünya Səyahət Bazarı-2022” sərgisində - FOTO
103268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.