İqlim Konfransında iştirak edən Azərbaycan heyəti bir sıra görüşlər keçirib 

İqlim Konfransında iştirak edən Azərbaycan heyəti bir sıra görüşlər keçirib 

Hazırda oxunan: İqlim Konfransında iştirak edən Azərbaycan heyəti bir sıra görüşlər keçirib 

103243

Misirin Şarm Əl-Şeyx şəhərində İqlim Dəyişikliyi üzrə Tərəflərin 27-ci Konfransı çərçivəsində “Həyata keçirmək üçün birlikdə” devizi altında Dünya Liderlərinin Sammitinin açılışı olub. Sammit 100-dən çox ölkənin dövlət və hökumət başçılarını bir araya gətirir və iqlimlə bağlı fəaliyyət prosesinin irəliləyiş yollarını müzakirə edir. 

Bizim.Media xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Məlumata görə, Azərbaycan nümayəndə heyəti plenar iclaslarda iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər keçirib ki, onlardan biri də irimiqyaslı tədbirə ev sahibliyi edən Misirin ekologiya naziri ilə görüş olub. 

Azərbaycanda həyata keçirilməsi, o cümlədən ekoloji layihələr və təşəbbüslər sahəsində uzun illər birgə iş apardığı BMT Misir İnkişaf Proqramının rəhbəri Alessandro Frakassetti ilə də görüş keçirilib. 
Yaşıl İqlim Fondunun rəhbərliyi ilə görüşdə iqlim sisteminə təsirin yumşaldılması sahəsində mümkün əməkdaşlıq məsələləri, eləcə də iqlim dəyişikliyinin təsirlərinə adaptasiya məsələləri müzakirə edilib. 

Azərbaycan tərəfi bir daha regional əməkdaşlığa və ekoloji problemlərin həlli üçün regional platformanın yaradılmasına sadiq olduğunu bəyan edib. 

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) rəhbərliyi ilə görüşdə 2023-cü ildə konvensiyanın bu elmi orqanının aparıcı müəllif-alimlərinin iştirakı ilə iqlim dəyişikliyi üzrə regional forumun Azərbaycanda keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO