Beş şəhid, bir general yetişdirən Balakən məktəbindən REPORTAJ – FOTO     

Beş şəhid, bir general yetişdirən Balakən məktəbindən REPORTAJ – FOTO     

Hazırda oxunan: Beş şəhid, bir general yetişdirən Balakən məktəbindən REPORTAJ – FOTO     

103186

Vətən sevgisinin, dövlət və millətə sadiqliyin sərhəddi olmaz. Bu sevgi isə məktəbdə təbliğ olunar, yeniyetvə və gənclərlə bu istiqamətdə maariflədirici görüşlər keçirilər, şanlı tariximiz anladılar, şəhid və qazilərimizin qəhrəmanlığı durmadan təbliğ olunar.  

Sizlərə söhbət açacağımız ucqar bir bölgənin təhsil ocağında həyata keçirilən vətənpərvərlik layihələri çoxlarına örnək ola bilər. Bu təhsil ocağının hansı mərtəbəsi, hansı dərs otağına daxil olsan orada şəhid və qazilərimiz, onların qəhrəmanlıq səlnaməsi ilə qarşılaşmaq mümkündür.  

Sizləri intizarda qoymayıb yollanırıq Şimal-Qərb qapımız Balakənə və bu gözəl diyarın Hənifə kəndinə.  

Hənifə kəndi öz qəhrəman oğulları ilə hər zaman seçilib. Bu kəndin beş şəhidi , onlarla qazisi hətta bu gün sərhədlərimizin mühafizəsində dayanan generalı belə var. Əlbəttə ki, evdən-ailədən başlayan təlim-tərbiyə Hənifə məktəbində ən yüksək vətənpərvərlik duyğularının aşılanması ilə davam edir.

Bu təhsil ocağında tarixi ənənələr bu gün də sevgi və məhəbbətlə davam etdirilir. Təsadüfi deyil ki, Hənifə məktəbinin yetirmələri Vətən Müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Onlarla gənc müxtəlif ölkələrdən vətənə dönərək evə belə gəlmədən döyüş bölgəsinə yollanıb.  

Hənifə kənd tam orta məktəbində fəaliyyətə başlayan “Zəfər tarixi otağı” ilə tanış olarkən bir daha əmin olursan ki, bu təhsil ocağında yeniyetmə və gənclərin vətənpərəvrlik təbliği yüksək səviyyədədir. Şəhid ailə üzvlərinin “Zəfər tarixi otağı” ilə tanışlığı isə onlarda xoş duyğular oyadır, ovqat yaradır.  

Şəhid Elsevər Paxırovun atası Eyvaz Paxırovu deyir: 

“Bu gün Zəfər tarixi muzeyinin açılışına gəlmişik. Burada Balakənin bütün şəhidlərinin şəkilləri əks olunub, onlar haqda məlumatlar geniş təqdim olunub. Çox gözəl. Bu gələcək nəsillərə bir nümunədir”.  

Məktəbdə həmçinin Vətən Müharibəsi qəhrəmanı Amil Novruz adına sinif otağının təqdimatı keçirildi. İlk izləyicisi-tamaşaçısı isə valideynləri və qardaşıdır.    

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amil Novruzovun qardaşı Qabil Novruzov bildirib ki, “Şəhidlər ölən zaman unudulmur, unudulan zaman ölür”deyə bir deyim var.   

“Bu gün belə tədbirlərin keçirilməsindən bir qardaş, həm də valideyn olaraq qürur hissi keçiririk.

Çünki hər bir şəhidin xatirəsi əbədiləşdirilir, onların adına sinif açılması ilə, siniflərin yaradılması ilə onlar yaşadılır. Mən başda cənab Prezident İlham Əliyev olmaqla və digər sahələrdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün çalışan hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm”. 
Şagirdlərin işğaldan azad edilən ərazilərin tarixi məkanları, görməli yerlərinə dair hazırladığı maketlər görənlər tərəfindən maraqla izlənir və yüksək qiymət verilir. 9-a sinif şagirdi  Emilya Mustafayeva işğaldan azad edilən əraziləri görməsə də sinif olaraq hazırladıqları maketlərdə yetərincə fikirlərini izah edə bilib.

Emilya və onun sinif yoldaşlarının ən böyük arzusu isə Şuşaya getməkdir:  

“Burada Ağdamın, Şuşanın, Kəlbəcərin bir çox tarixi məkanlarının maketləri hazırlanıb. Biz də yay tətilində işğaldan azad edilən torpaqlarımıza getmək və erməni vəhşiliyini yaxından görməyi planlaşdırırıq”.  

Məktəbdə diqqətimizi cəlb edən digər maraqlı məqamlardan biri də şagirdlərin deyil, məktəb müəllimlərinin “Qarabağ Azərbaycandır” vətənpərvərlik mahnısını ifa etməsi oldu.  

İfanın sonunda isə məktəblilər hər bir şəhidin xatirəsini əziz tutaraq havaya şar uçurur.  

Tural Rasim oğlu, Bizm.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO