PPX əməkdaşının halı pisləşdi - Qəza törətdi

PPX əməkdaşının halı pisləşdi - Qəza törətdi

Hazırda oxunan: PPX əməkdaşının halı pisləşdi - Qəza törətdi

103130

İsmayıllı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti avtomobilinin sürücüsü, polis serjantı R.Dadaşovun sükan arxasında qəflətən halı pisləşib və nəqliyyat vasitəsi yolun kənarında dayanan iki avtomobilə toxunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

"Hadisə nəticəsində xəsarət alan olmasa da, halı pisləşən polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir", deyə o, qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO