Lənkəranda

Lənkəranda "KamAZ" minik avtomobili ilə toqquşdu - Yaralılar var - FOTO

Hazırda oxunan: Lənkəranda "KamAZ" minik avtomobili ilə toqquşdu - Yaralılar var - FOTO

103105

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb. 

Belə ki, Lənkəranın Şovu kənd sakini, 1975-ci il təvəllüdlü Cəfərov Ədalət Baba oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili, Lerik rayonunun Ambu kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Vaqif Mirzahid oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin - Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Report.az-ın məlumatına görə, faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO