Bu kəndin sakinləri e-manat terminalının quraşdırılmasını istəyirlər - FOTO/VİDEO

Bu kəndin sakinləri e-manat terminalının quraşdırılmasını istəyirlər - FOTO/VİDEO

Hazırda oxunan: Bu kəndin sakinləri e-manat terminalının quraşdırılmasını istəyirlər - FOTO/VİDEO

103101

Qaz sayğacı dəyişdirilib, amma vəsait yükləmək problemə çevrilib. Səbəb isə  çox sadədir, kənddə terminal yoxdur. Söhbət  Salyan rayonunun  Yenikənd kəndindən gedir. 

Bizim.Media-nın  Cənub  bürosu  Salyanın  Yenikənd kəndindən  xəbər  verir ki, Salyan Qaz İstismar  Sahəsinin əməkdaşları tərəfindən  kənddə qaz sayğacları  dəyişdirilib.

Vaxtı bitmiş və borcu olan  istifadəçilərin sayğacları  açılaraq, yerinə  smart tipli yeni nəsil sayğaclar quraşdırılıb. Sakinlər də bəh-bəhlə mavi qazdan istifadə etməyə başlayıblar. 

Bayram  “Azəriqaz”ın  təqdim etdiyi 3 manatlıq  kredit  limiti bitənədək davam edib. Növbəti günlərdə isə  istifadəçilər problemlə üz-üzə qalıblar. Məlum olub ki,  mavi qazın davamı üçün karta vəsait yükləmək lazımdır. Bunun üçünsə e-manat terminalı gərəkdir. Sakinlər deyirlər ki, kənddə e-manat terminalı olmadığı üçün onlar 25 kilometr məsafə qət edib rayon mərkəzinə getməlidirlər.

Bunun üçün isə azı 5 manat vəsait xərcləməlidirlər.

Kənd sakini   Ziya   Nemətovun sözlərinə görə  o, həftənin 6  günü  işdə  olduğu üçün  ailə üzvləri çətinliklə üzləşirlər. Çünki qaz bitdiyi zaman  ailəsi onun işdən qayıtmasını gözləməli olurlar. Kənddə terminal quraşdırılsa, uşaqdan-böyüyə hər kəs  kartın balansını  rahat artıra bilər.

Problemin həlli üçün üz tutduq  Salyan rayon Qaz istismar sahəsinə. Qurumdan  Bizim.Media-ya  bildirdilər  ki, smart tipli sayğaclar şəhid  və qazi   ailələrinin  mənzillərinə onların  istəyi əsasında qoyulur.

Digər halda isə borclu olan abonentlərin  borcu hissə-hissə odəməkləri üçün  quraşdırılır.

O ki, qaldı terminalın quraşdırılmasına sakinlər  terminalların  quraşdırılması üçün müvafiq quruma müraciət etməlidirlər.

Qeyd edık ki, Yenikənd kəndində 1800 təsərrüfat mövcuddur və  kənd rayon mərkəzindən 22 kilometr məsafədə  yerləşir

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO