Zəfər Günündə Bakıda yürüş olacaq

Zəfər Günündə Bakıda yürüş olacaq

Hazırda oxunan: Zəfər Günündə Bakıda yürüş olacaq

103088

8 Noyabr - Zəfər Günü münasibətilə səhər saat 08:00-dan günorta saat 13:00-a qədər paytaxtın müxtəlif küçə və prospektlərində marşrut üzrə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur.

Bu barədə Bizim.Media-ya Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, tədbirlərlə əlaqədar müəyyən marşrutlar nəzərdə tutulub:

"Birinci marşrut - Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı,

İkinci marşrut - Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsi,

Üçüncü marşrut - Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətində olacaq".

A.Əsgərli hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, yollar qeyd edilən saatlarda bağlı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO