Türkiyənin

Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında Azərbaycanda 111 min ağac əkiləcək - FOTO 

Hazırda oxunan: Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında Azərbaycanda 111 min ağac əkiləcək - FOTO 

103034

Noyabrın 11-də 111 111 ağac əkiləcək.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O bildirib ki, qardaş Türkiyənin "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası Azərbaycanda da ənənəyə çevrilib:

"Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək ölkə ərazisində 111 111 ağac əkiləcək".

Səyyarə Məmmədova Azərbaycanın 2020-ci ildən etibarən həmin təşəbbüsə qoşulduğunu xatırladıb:

“Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO