“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO 

“Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO 

Hazırda oxunan: “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO 

103031

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb. Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kurs birincisi əsgər Adəm Həsənov yaş kötüyünə rəmzi emblem vurub. Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO