"BakuBus” MMC-nin idarəetmə hesabatı müzakirə olunub, cəmiyyətin istismarında olan avtobuslara texniki xidmət göstərilməsi, onlara ehtiyat hissələrinin tədarükü məsələləri ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Məlumata görə, "BakuBus"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. İclas Şuranın sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə baş tutub.
İclasda Şuranın üzvləri, Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşları və “BakuBus”ın rəhbər şəxsləri iştirak ediblər.
Şirkətin maliyyə dayanıqlığının təmin edilməsi, istismara buraxılması gözlənilən yeni marşrut xətləri və Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək digər tədbirlər ətrafında müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:02 / 05.11.2022
Yeni "BakuBus”lar istismara veriləcək
Hazırda oxunan: Yeni "BakuBus”lar istismara veriləcək
Hazırda oxunan: Yeni "BakuBus”lar istismara veriləcək
103025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.