Nazirlik mediatur keçirdi  - FOTO

Nazirlik mediatur keçirdi - FOTO

Hazırda oxunan: Nazirlik mediatur keçirdi - FOTO

103015
Təhsil Nazirliyi bu gün şagirdlərin elektron dərsliklərdən istifadə bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib.

Moderator.az xəbər verir ki, mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə olan media təmsilçiləri III və VIII sinif şagirdlərinin elektron dərsliklərdən istifadəsi prosesini izləyiblər. xa0
Mətbuat nümayəndələrinə məlumat verilib ki, Azərbaycan və rus bölmələri üzrə xa0www.e-derslik.edu.az portalında yerləşdirilən elektron kitabların sayı 66-dan 95-ə çatdırılıb. xa0Ən son olaraq IV, VI, VII və VIII sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. xa0

Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 95 ədəd dərslik tam olaraq elektron variantda portala yerləşdirilib. V və IX-XI sinif dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı tədris ilinin sonunadək hazırlanacaq. xa0

Ötən bir ildə elektron dərsliklər portalından 400 minə yaxın istifadəçi yararlanıb.

Portala gündəlik 1500-2000 nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 33000 nəfərdən çoxdur. Bu göstəricilər hər gün artır.

www.e-derslik.edu.az portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır.

Portala daxil olan istifadəçilərin onlayn və oflayn formada dərslikləri elektron versiyada oxumaq, dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq, axtarışlar etmək imkanı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO