Bəyanat: “Azərbaycan beynəlxalq təşkilatların qərarlarının icrasını qan bahasına təmin edib”

Bəyanat: “Azərbaycan beynəlxalq təşkilatların qərarlarının icrasını qan bahasına təmin edib”

Hazırda oxunan: Bəyanat: “Azərbaycan beynəlxalq təşkilatların qərarlarının icrasını qan bahasına təmin edib”

102995

“Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlığı Təşkilatının və  digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etdi”.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin 8 Noyabr − Zəfər Günü ilə əlaqədar qəbul etdiyi bəyanatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı quruculuq və inkişaf strategiyasını zamanın çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ müharibələrində Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozub” – Milli Məclisdən BƏYANAT


“Azərbaycan hərtərəfli inkişaf edib, onun böyük siyasi, iqtisadi və hərbi potensialı yaradılıb, doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilib. Düşünülmüş hərbi konsepsiyanın həyata keçirilməsi müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələrin formalaşdırılmasına imkan verib. Yenilməz döyüş əzmi, misilsiz rəşadəti və yüksək peşəkarlığı sayəsində Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığı xalqımızın qürur mənbəyidir. Silahlı Qüvvələrimiz bu gün də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanıblar.

Xalqın maraqları və tələbatı üzərində qurulan daxili və xarici siyasət digər məsələlərlə yanaşı, cəmiyyətin və dövlətin bütün qüvvələrinin ümumi məqsəd naminə birləşməsinə gətirib çıxarmışd.

Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən “dəmir yumruğa” çevrilərək qələbənin mühüm amillərindən biri olub.
Beləliklə, Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yeridən erməni şovinizmi və ekspansionizmi ağır məğlubiyyətə uğradılıb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanan Üçtərəfli Bəyanat münaqişəyə son qoyulmasını təsbit edərək Ermənistanla Azərbaycan arasında sivil dövlətlərarası münasibətlər qurulmasının əsas parametrlərini müəyyənləşdirib”, -deyə bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO